Məşhur müğənni ad gününü İtaliyada KEÇİRƏCƏK - FOTO

Maqazin
14:14 / 23.02.2024
7880
Rihanna 36 yaşını İtaliyada qeyd edib.
Sfera.az-ın xaric mediaya istinadən xəbərinə görə, müğənni sevgilisi A$AP Rocky ilə birlikdə bir neçə gün keçirmək üçün Venesiyaya yollanıb.
O və sevgilisi şəhərin məşhur Böyük Kanalı boyunca romantik ekskursiya keçirərkən qayıqda görünüblər.
Rihanna yapon dizayneri Junya Vatanbenin 2023-cü ilin payız/qış kolleksiyasından astarı xəzli qara rəngli dəri palto geyinib. Paltonun altından isə ətəyi krujevalı krem rəngli mini paltar geyinib.
Rihannanın obrazını bahalı “Dior” çantası tamamlayıb. (Lent.az)