5000-ə yaxın müəllim imtahan verdi

5000-ə yaxın müəllim imtahan verdi

Azərbaycanın şimal bölgəsi üzrə iki gün ərzində keçirilən diaqnostik qiymətləndirmədə 5000-ə yaxın müəllim iştirak edib.

Sfera.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Qubada ötən gün keçirilən diaqnostik qiymətləndirmədə 2400-ə yaxın, bu gün isə 2500-dən çox müəllim iştirak edib. İki gün ərzində keçirilən imtahanlara Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, coğrafiya, fiziki tərbiyə və ibtidai sinif müəllimləri qatılıb.

Diaqnostik qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edir. Eyni zamanda ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər.

Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Qeyd edək ki, Qubada keçirilən diaqnostik qiymətləndirmə noyabrın 23-də də davam edəcək.


OXŞAR XƏBƏRLƏR

Evlənmək istəyənlər üçün yeni tələb: Əlavə sənədlər lazımdır

Azərbaycanda nikahın qeydə alınması üçün yeni sənədlər tələb olunur.   Sfera.az xəbər verir ki, qanunla müəyyən olunmuş qaydada qohum evliliklər...

“Paracetamol” tərkibli 2 dərman vasitəsi qüsurlu çıxdı - Geri çağırıldı

İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.   Bu barədə Sfera.az-a Mərk...

Zukerberq “şəxsi super zəka” yaradacaq: Süni intelekt strategiyası dəyişir

"Meta" şirkətinin Baş direktoru Mark Zukerberq süni intellekt sahəsində yeni strategiyasını açıqlayıb. “Şəxsi super zəka” adlanan bu yanaş...

FHN əhaliyə təkrar müraciət etdi

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.   Sfera.az  müraciəti təqdim edir:   ...

Azərbaycanda daha bir zəlzələ oldu

Lənkəran-Lerik sərhəddində 3,5 bal gücündə zəlzələ qeydə alınıb.   Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysm...

Rusiya Suriya ilə yaxınlaşır - Görüş yaxşı nəticələnib

Moskvada keçirilən görüşdən sonra Suriyanın Xarici İşlər Naziri Əsəd Əl-Şeybani Rusiya ilə münasibətlərin yaxın gələcəkdə “əla istiqamətdə” inkişaf ...