Paşinyan Fransada müsahibə verdi: "Azərbaycanın Ermənistana hücum ehtimalı..."

Siyasət
13:22 / 23.02.2024
8746
"Azərbaycanın Ermənistana hücum ehtimalı böyükdür".
Sfera.az xəbər verir ki, bu iddia ilə Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə "France 24" telekanalına verdiyi müsahibəsində çıxış edib.
"Beynəlxalq platformalarda əldə olunan razılaşmalar çərçivəsində bəyan edilən və dərc edilən üç prinsipi sülh sazişində ifadə etmək problemimiz var. Bu problemləri və rəsmi Bakıdan gələn bəyanatları təhlil edərək belə qənaətə gəlirik ki, bəli, Ermənistana hücum ehtimalı böyükdür”, - Paşinyan bildirib.
Paşinyan bildirib ki, rəsmi Bakının “Qərbi Azərbaycan”la bağlı bəyanatları Ermənistan ərazisinin böyük hissəsinin Azərbaycan ərazisi olması anlamına gəlir.
Əzizə