Uşaqlara bu dərmanı vermək olmaz - Həkimdən XƏBƏRDARLIQ

Uşaqlara bu dərmanı vermək olmaz - Həkimdən XƏBƏRDARLIQ

Bitki tərkibli olsa belə, uşaqlara yuxu dərmanı vermək doğru deyil. Çünki bu dərmanlar uşaqlarda bir çox mental funksiyalara təsir edir.

 

Bəs yuxu dərmanlarının uşaqlara nə kimi zərərləri var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim nevropatoloq İlham Cavadov bildirib ki, müraciət edən pasientlərin əksəriyyəti, ən xırda səbəblərdə uşaqlarına yuxu dərmanı verdikləri məlum olur.

 

“Bu dərmanlar sonralar uşaqlarda psixonevroloji xəstəliklər yarada bilir. Məhz bu baxımdan, yuxu dərmanı çıxış yolu deyil. Uşaqlarda yuxusuzluq problemi varsa, bu barədə həkimə müracət etmək lazımdır”.

 

Həkim qeyd edib ki, yuxunun keyfiyyətinin qaldırılması üçün yatmazdan əvvəl uşaqları televizordan və telefonlardan uzaq tutmaq lazımdır.

 

“Çay, kofe, şirniyyat kimi qidaların qəbul edilməsi tövsiyə edilmir. Ən əsas yuxu rejiminin düzgün qurulmasıdır. Hər axşam uşaqları eyni saatda yatızdırmaq məsləhət görülür”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR