Xalq artistimizin nəşi YANDIRILACAQ: "Külümü dənizə səpərsiniz" - FOTOLAR

Xalq artistimizin nəşi YANDIRILACAQ:

Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şəripova Almaniyada vəfat edib.

 

Sfera.az xəbər verir ki, Moderator.az-a Xalq artistinin nəşinin yandırılacağı ilə bağlı məlumat daxil olub.

 

Sayt məlumatı dəqiqləşdirmək üçün ailənin yaxın dostu Əmirəli Qızıllı ilə əlaqə saxlayıb.

 

“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmirlə danışdım. Əmir dedi ki, nənəsi onlara nəşini yandırıb külünü dənizə səpmələrini tapşırıb. Əmir bildirdi ki, bu, nənəsinin vəsiyyətidir və onun vəsiyyətini yerinə yetirəcəklər. Azərbaycanda buna reaksiyaların necə olacağını isə bilmirəm” - Əmirəli Qızıllı qeyd edib.

 

Xatırladaq ki, sənətkarın atası İzmirdən olan Türkiyə vətəndaşı, anası isə azərbaycanlı olub. Leyla Şəripova Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...