Çinlə Britaniya arasında Rusiyaya görə GƏRGİNLİK: "Qarşısı qətiyyətlə alınacaq" 

Çinlə Britaniya arasında Rusiyaya görə GƏRGİNLİK:

Pekin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün hər şeyi edəcək. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin Londondakı səfirliyi məlumat yayıb.

 

“Biz Britaniya tərəfini əmin edirik ki, Çinin maraqlarına zərər vuran istənilən hərəkətin qarşısı Çin tərəfindən qətiyyətlə alınacaq”, - məlumatda bildirilib.

 

Belə ki, diplomatik missiya Rusiyaya qarşı tədbirlər çərçivəsində Böyük Britaniya tərəfindən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Siyahıya Çində yerləşən şirkətlər daxildir. Xüsusilə, "Finder Technology LTD", "JUHANG Aviation Technology" (Shenzhen) və "Pekin Micropilot Flight Control Systems Co. LTD."  kimi şirkətlərin adı siyahıda yer alıb. London bu qərarını Rusiyanın Ukraynada apardığı müharibəyə “dəstək” kimi izah edib.

 

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya Rusiyaya qarşı silah-sursat istehsalçıları, elektronika şirkətləri, almaz və neft ticarəti şirkətlərini əhatə edən yeni sanksiyalar tətbiq edib. Çindən üç, Belarusdan iki, Türkiyə və BƏƏ-dən bir şirkət də məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...