"Zibil də biznesdir, bundan pul qazanırlar" - Razi Nurullayev

“Ölkəmizdə tullantılarla bağlı vəziyyət acınacaqlıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 23 fevral 2024-cü il tarixli iclasında “İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

 

“Bəzi yerlərdə zibillər yığılıb çaylara axıdılır. Bütün dünyada zibil də biznesdir, bundan pul qazanırlar. Ən azından bölgələr üzrə tullantı tikintilərə ehtiyac var. Bundan əziyyət çəkənlərdən biri də elə deputatı olduğum İmişli rayonudur. Üfunət iyi, çirkab və tullantıdan vətəndaşlar əziyyət çəkir. Özəl sektorda xarici investorları bu işə cəlb edə bilmiriksə, dövlət tərəfindən bir neçə zavodun tikilməsində maliyyəni təmin etmək olar”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...