"Bu, qardaş Türkiyədə də var, lakin bizdə istifadə olunmur" - Vüqar Bayramov

“Bələdiyyələr maliyyə dayanıqlılığını formalaşdıra bilmir”.


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 23 fevral 2024-cü il tarixli iclasında deputat Vüqar Bayramov deyib.

 

“Bu il bələdiyyələrə 12.5 milyon manat vəsait ayılıb. Bu, ötən ildən 1.1 milyon manat, yəni 9.7 faiz çoxdur. Ölkədə 1600 bələdiyyə olduğunu nəzərə alsaq, dövlət büdcəsindən hər bələdiyyəyə 7780 manat ayrılır, bu da aylıq 648 manat deməkdir. Bu, yüksək məbləğ deyil, maliyyə dayanıqlılığı artırılmalıdır. Səlahiyyətlərlə yanaşı, potensialın da artırılmasına ehtiyac var. Bələdiyyə müsəssisələri qardaş Türkiyə olmaqla, bir çox ölkədə var, lakin bizdə istifadə olunmur. Ümid edirəm ki, gələcəkdə bələdiyyə institutları daha da gücləndiriləcək”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR