Yağış yağacaq, külək əsəcək - PROQNOZ

Yağış yağacaq, külək əsəcək - PROQNOZ

Fevralın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...