Bayden Navalnının həyat yoldaşı və qızı ilə GÖRÜŞDÜ - FOTO

Bayden Navalnının həyat yoldaşı və qızı ilə GÖRÜŞDÜ - FOTO

ABŞ Prezidenti Co Bayden rus müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya və qızı Daria ilə görüşüb.

 

Sfera.az bildirir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat dərc olunub.

 

“Bayden Yuliya və Daria Navalnıya başsağlığı verib”, - bildirilib. Məlumata görə, ABŞ liderinin Navalnı ailəsi ilə görüşü San-Fransiskoda baş tutub.

 

Xatırladaq ki, rusiyalı müxalifət lideri Aleksey Navalnı fevralın 16-da Rusiya koloniyalarından birində dünyasını dəyişib. Federal Penitensiar Xidmətin regional şöbəsi siyasətçinin gəzintidən dərhal sonra xəstələnib, huşunu itirdiyini bildirib. Fevralın 19-da müxalifətçinin həyat yoldaşı Yuliya Navalnaya ərinin işini davam etdirəcəyini bildirib və rusları “rejimlə mübarizəyə” çağırıb. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, onun ölümü ilə bağlı araşdırma aparılır, lakin hələlik nəticələr məlum deyil. Qərb ölkələri isə kütləvi şəkildə Navalnının ölümündə Rusiya Federasiyasını ittiham etməyə başlayıblar. Kreml bu cür ittihamları “əsassız” adlandırıb.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...