"Brüssel Rusiya ilə əməkdaşlıq edənləri hədəf götürüb" - Politoloqdan AÇIQLAMA

"Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Brüssel Rusiya ilə yanaşı, bu ölkə ilə bu və ya digər formada əməkdaşlıq edən şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq etməyi qərarlaşdırıb. Bu sırada ilk dəfə Çinin hüquqi və fiziki şəxsləri var".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

"Avropa İttifaqı son ana qədər Rusiya ilə əməkdaşlığına görə Çini cəzalandırmaqdan çəkinirdi. Ancaq Brüssel siyasətini dəyişdirib. Brüsseldə hesab edirlər ki, Kremlin strateji tərəfdaşları əleyinə qəti addımlar atılmasa, Ukrayna məğlub ola bilər. Brüssel Rusiya-Çin əməkdaşlığını hədəf alıb. Sanksiya siyahısında Çinin 7 şirkəti var. Bu say gələcəkdə arta da bilər. Bu şirkətlər Rusiya ilə sıx əməkdaşlıq edirlər. Avropa İttifaqının məmurlarından biri “The Guardian” qəzetinə verdiyi açıqlamada, Kremlin Avropa İttifaqının iqtisadi və ticarət sanksiyalarından qurtulması üçün boşluqlardan istifadə etməyə çalışdığını deyib".

 

Politoloq bildirib ki, Brüssel Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən bütün boşluqların qarşısını almağa qərar verib.

 

“Boşluqlardan biri də Rusiyanın müxtəlif ölkələrin şirkətləri vasitəsilə Avropa ölkələri ilə ticarət mübadiləsi aparmasıdır. Rusiyanın keyfiyyətli məhsullara və texnologiyalara ehtiyacı var. ABŞ və Böyük Britaniya Brüsselin qərarını dəstəkləyiblər. Avropa İttifaqı Pekini Rusiya ilə əməkdaşlıqla bağlı bir neçə dəfə xəbərdar edib. Misal üçün, ötən ilin dekabrında Çin lideri Tsi Cinpinlə görüşən Avropa İttifaqının rəhbəri Şarl Mişel bir qrup Çin şirkətinin Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini bildirib. Görünür, Mişel ümid edirdi ki, Pekin bu xəbərdarlığı nəzərə alaraq, Çin şirkətlərinin Rusiya ilə müəmmalı əməkdaşlıqdan çəkindirəcək. Bu, baş vermədiyinə görə, Brüssel qəti addımlar atmağa məcbur qalıb. Pekin Brüsselin qərarını sərt tənqid edib. Pekin Avropa İttifaqının Çin şirkətlərinə qarşı sanksiyalarını beynəlxalq hüquqa zidd adlandırıb. Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq şirkətlərinin maraqlarını qoruyacağını açıqlayıb. Buna baxmayaraq, Çinin eyni ilə Avropa şirkətlərinə qarşı adekvat addımlar atacağı barədə qərarı yoxdur. Pekin üçün Brüsselə münasibətləri gərginləşdirmək zərərlidir. 2022-i ildə Çinlə Avropa İttifaqı arasında ticarət mübadiləsinin həcmi 1.6 trilyon dollar təşkil edib. Bu Çinin Rusiya ilə ticarət mübadiləsindən 8 dəfə çoxdur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...