"Konstitusiyanın aliliyinin qorunmasına xidmət etmək böyük vəzifədir" - Fikrət Məmmədov

“İlk növbədə möhtərəm İlham Əliyevə, məni bu vəzifəyə layiq gördüyünə görə təşəkkür edirəm”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 23 fevral 2024-cü il tarixli iclasında Fikrət Məmmədov deyib.

 

“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi olaraq, işimi müstəqil, qərəzsiz, vicdanla həyata keçirəcəyimə, Azərbaycan Respublikasının qanunlarının aliliyini qoruyacağıma, müstəqil, qərəzsiz və ədalətlə yerinə yetirəcəyimə and içirəm. Konstitusiyanın aliliyinin qorunmasına xidmət etmək olduqca böyük vəzifədir. Mənə göstərilən etimada görə hər birinizə təşəkkür edirəm”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR