Ölən qadın morqda dirilərək, hərəkət etməyə başladı - VİDEO

Qvatemalanın San Juan de Dios şəhərindəki xəstəxanada qorxulu hadisə baş verib. 

Sfera.az bildirir ki, ciddi qida çatışmazlığı əlamətləri olan və öldüyü açıqlanan gənc qadın ş5 saat sonra qəfildən meyitxanada cəsəd torbasında hərəkət etməyə başlayıb.Morq işçiləri səslər eşidib və cəsəd torbasının tərpənməyə başladığını görüblər. Dərhal təcili yardım otağından həkimlər çağrılıb.

Xəstəxana nümayəndəsinin sözlərinə görə, xəstə serebral iflic və qıcolma şikayətləri ilə qeyri-stabil vəziyyətdə xəstəxanaya yerləşdirilib. 30 dəqiqəlik təcili yardımdan sonra onun öldüyü elan edilib. Həkimlər onda heç bir həyat əlaməti, xüsusən də beyin fəaliyyəti və ya nəfəs alma müşahidə etməyiblər.

"Qadının cəsədi daha sonra müəyyən edilmiş protokol çərçivəsində morqa təhvil verilib"- deyə xəstəxaba sözçüsü əlavə edib.

Lakin 5 saatdan sonra meyitxana işçiləri səslər eşidib və cəsəd torbasının hərəkətə başladığını görüblər. Dərhal təcili yardım otağından həkimləri çağrılıb.

Reanimasiya səyləri yenidən uğursuz olub, buna görə də xəstə ikinci və sonuncu dəfə ölü elan edilib. Xəstəxanadan onun ailəsinə və bütün yaxınlarına başsağlığı verilib.

Hadisə yerli sakinlərin hiddətinə səbəb olub.

Onlardan biri sosial şəbəkələrdə yayımlanan videonun altında "Qvatemala səhiyyəsi dəhşətlidir" yazıb. Digər şərhçi isə məhz reanimasiya şöbəsində həyatının xilas edildiyini xatırladaraq, xəstəxananı müdafiə edib.

Hadisənin yerli hakimiyyət orqanları tərəfindən araşdırılıb-araşdırılmayacağı hələlik məlum deyil. “San Juan de Dios” xəstəxanasının mətbuat xidməti xəstənin şəxsi məlumatlarının məxfiliyini əsas gətirərək, hadisənin təfərrüatlarını açıqlamır. 

Yeri gəlmişkən, bu, ilk belə hekayə deyil. Ekvadorda xəstəxanada öldüyü elan edilən 76 yaşlı qadın öz dəfn mərasimi zamanı dirilib. Hadisə şahidləri deyirlər ki, “mərhum qadın” tabutun içini döyəcləməyə başlayıb. Daha sonra o, yeddi gün yaşayıb. Sonda işemik insult nəticəsində vəfat edib. Həkimlər xəstənin daimi monitorinqdə olduğunu qeyd ediblər.

Ölən qadın morqda dirilərək, hərəkət etməyə başladı - Video

Qvatemalanın San Juan de Dios şəhərindəki xəstəxanada qorxulu hadisə baş verib. 

Sfera.az bildirir ki, ciddi qida çatışmazlığı əlamətləri olan və öldüyü açıqlanan gənc qadın ş5 saat sonra qəfildən meyitxanada cəsəd torbasında hərəkət etməyə başlayıb.Morq işçiləri səslər eşidib və cəsəd torbasının tərpənməyə başladığını görüblər. Dərhal təcili yardım otağından həkimlər çağrılıb.

Xəstəxana nümayəndəsinin sözlərinə görə, xəstə serebral iflic və qıcolma şikayətləri ilə qeyri-stabil vəziyyətdə xəstəxanaya yerləşdirilib. 30 dəqiqəlik təcili yardımdan sonra onun öldüyü elan edilib. Həkimlər onda heç bir həyat əlaməti, xüsusən də beyin fəaliyyəti və ya nəfəs alma müşahidə etməyiblər.

"Qadının cəsədi daha sonra müəyyən edilmiş protokol çərçivəsində morqa təhvil verilib"- deyə xəstəxaba sözçüsü əlavə edib.

Lakin 5 saatdan sonra meyitxana işçiləri səslər eşidib və cəsəd torbasının hərəkətə başladığını görüblər. Dərhal təcili yardım otağından həkimləri çağrılıb.

Reanimasiya səyləri yenidən uğursuz olub, buna görə də xəstə ikinci və sonuncu dəfə ölü elan edilib. Xəstəxanadan onun ailəsinə və bütün yaxınlarına başsağlığı verilib.

Hadisə yerli sakinlərin hiddətinə səbəb olub.

Onlardan biri sosial şəbəkələrdə yayımlanan videonun altında "Qvatemala səhiyyəsi dəhşətlidir" yazıb. Digər şərhçi isə məhz reanimasiya şöbəsində həyatının xilas edildiyini xatırladaraq, xəstəxananı müdafiə edib.

Hadisənin yerli hakimiyyət orqanları tərəfindən araşdırılıb-araşdırılmayacağı hələlik məlum deyil. “San Juan de Dios” xəstəxanasının mətbuat xidməti xəstənin şəxsi məlumatlarının məxfiliyini əsas gətirərək, hadisənin təfərrüatlarını açıqlamır. 

Yeri gəlmişkən, bu, ilk belə hekayə deyil. Ekvadorda xəstəxanada öldüyü elan edilən 76 yaşlı qadın öz dəfn mərasimi zamanı dirilib. Hadisə şahidləri deyirlər ki, “mərhum qadın” tabutun içini döyəcləməyə başlayıb. Daha sonra yeddi gün yaşayan qadın, sonda işemik insult nəticəsində vəfat edib. Həkimlər xəstənin daimi monitorinqdə olduğunu qeyd ediblər.

Aysel 

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...