Keçmiş mühafizəçisi Maykl Ceksonun ilk plastik əməliyyat keçirməsinin əsl səbəbini AÇIQLADI - FOTO

Keçmiş mühafizəçisi Maykl Ceksonun ilk plastik əməliyyat keçirməsinin əsl səbəbini AÇIQLADI - FOTO

Keçmiş mühafizəçisi Maykl Ceksonun ilk plastik əməliyyat keçirməsinin əsl səbəbini açıqlayıb
 

Əfsanəvi ulduz Maykl Ceksonla 10 ildən çox işləmiş keçmiş cangüdəni Matt Fiddes şou proqramların birində, müğənninin ilk plastik əməliyyatını niyə keçirməsi ilə bağlı təfərrüatları açıqlayıb.


Sfera.az bildirir ki, Matt Fiddesin sözlərinə görə, sənətçinin burnunu ələ salan ilk şəxs atası olub. Amma onu bıçağın altına salan səbəb tək bu olmayıb.
Mattin dediyinə görə, Maykl ilk rinoplastika əməliyyatını 1979-cu ildə keçirib. Bundan sonra Maykl illərlə davam edən dəyişimə start verib.


Maykl Cekson plastik əməliyyatdan əvvəl

"Ailədə burnunun ölçüsü ilə bağlı ona çox sataşırdılar; böyük burun deyirdilər və bütün bunlara, atası başçılıq edirdi”.
 

“Burnun mənə oxşamayıb, onu anandan miras almısan"kimi sözlər, həqiqətən onu incidirdi"-deyə Fiddes bildirib.


Ancaq Mayklı plastik cərrahın bıçağının altına itələyən atasının və digər insanların lağ etmələri olmayıb. Rinoplastikanın əsl səbəbi Ceksonun 21 yaşında məşq nəticəsində aldığı zədə olub.
 

"Maykl gündə orta hesabla üç saat rəqs edirdi. Bir dəfə o, ardıcıl 50 dəfə fırlanmışdı. İnanılmaz idi. O, yıxılmış və burnunu sındırmışdı. Bunu burnunu kiçiltmək üçün əla fürsət olaraq gördü”-deyə Fiddes bildirib.
 

Ceksonun həyatı boyu bir neçə dəfə plastik əməliyyat keçirməsi ilə bağlı şayiələrə toxunan Fiddes mərhum müğənni ilə bu barədə heç vaxt danışmadığını qeyd edib.


"Onun neçə əməliyyat keçirdiyini bilmirəm. Mayklla bu barədə heç vaxr ətraflı danışmamışam. O vaxtlar plastik əməliyyat və ya botoks haqqında danışa bilməzdik. Bu, həm etik, həm də vacib deyildi. Maykl imicini qorumalı idi, çünki arxasında ona milyardlarla pul ödəyən səsyazma şirkətləri var idi” -Fiddes deyir.
 

Keçmiş mühafizəçisi Ceksonun daim dəyişən simasının və şıltaqlığının bütün maraqları onun üzərinə çəkdiyini də vurğulayıb.


"Ancaq sonda o,görünüşü və kompleksləri üzərində oynamağa başladı. O, medianı qorxutmaq üçün özünü gülməli göstərərdi"- Matt deyib.


Cekson öz mükəmməllik ideyasını reallaşdırmaq üçün 30 il sərf edib. O, həyatı boyu uğursuz plastik cərrahiyyə nümunəsi olub. Bəzi dostları əvvəllər Mayklın məşhur Diana Rossdan nümunə götürdüyünü, digərləri isə sadəcə sevmədiyi atasına bənzərliyini silmək istədiyini deyirdilər.
 

Yüzdən çox müalicə və müdaxilələrə baxmayaraq, Maykl, uğursuz cərrahiyyə və inyeksiyaların vurduğu ziyanı düzəltməyə çalışsa da, bütün cəhdləri uğursuz oldu.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...