İnfarkt keçirib komaya düşən, sağ qalıb iki dəfə Cekpot qazanan dünyanın ən şanslı insanı

İnfarkt keçirib komaya düşən, sağ qalıb iki dəfə Cekpot qazanan dünyanın ən şanslı insanı

Ola bilsin ki, siz həyatda çox şanssız insansınız və daim özünüzə “şansımı necə artıra bilərəm"? sualını verirsiniz. Amma dünyanın ən şanslı insanı Bill Morqanla tanış olduqda, eşitdiklərinizə inanmayacaqsınız.
 

Sfera.az onlarla bədbəxt hadisədən xilas olaraq, iki dəfə ardıcıl cekpotu qazanan Billin başına gələnləri təqdim edir.
 

Gəlin sizi dünyanın bəlkə də ən şanslı insanlarından biri olan Bill Morqanla tanış edək. Onun şanslı olduğunu vurğulayırıq, bəs bu şans nədən ibarət idi?


Bill əvvəlcə ölümcül yol qəzası, sonra infarkt keçirdib. Daha sonra komadan çıxaraq, həyata qayıdan Bill bu vaxt ərzində bir deyil, iki dəfə Cekpot qazanıb.


Gəlin hər şeyə lap əvvəldən nəzər salaq.
 

Bill avstraliyalı yük maşını sürücüsü idi. 1998-ci ildə yol qəzası keçirən gənc möcüzə nəticəsində bu qəzadan sağ çıxıb.


Əslində onun tam sağ qaldığını söyləmək də düzgün olmazdı. Qəzadan sonra Bill infarkt keçirib.


Təcili yardımla aparılarkən ona verilən dərmana qarşı allergiyası olur. Ona görə də ürəyi dayanır və vəziyyəti daha da pisləşir.


Əslində o, rəsmən ölür. Ölümündən 14 dəqiqə sonra bu şanslı adamın ürəyi yenidən döyünməyə başlayır.


Lakin o, bir həftədən çox komada qalır. Bir müddət süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalır.


Həkimlər ailəsinə gənci reanimasiyadan çıxarmağı məsləhət görürlər, çünki onun sağ qalması həqiqətən möcüzə olardı, lakin ailəsi Billi çıxarmamaqda israr edir.


12-ci günün sonunda Bill yenidən oyanır. Beləliklə, o, bu dəhşətli qəzadan sağ çıxır.


Uzun müddət komada olsa da, sonradan heç bir ciddi xəstəlik keçirməyib.


Artıq yeni bir həyata sahib olduğunun fərqində olan Bill komadan ayılan kimi həyata təmiz vərəqlə başlamaq istəyir. Beləliklə, o, yeni bir iş tapır.


O, sevgilisi Lisa Wellə də evlilik təklif edir. Well bu qərardan çox məmnun qalaraq, təklifi qəbul edir.


Nişandan sonra Bill loto oyunlarında şansını sınamaq istəyir. Özünə loto alır və Bill 17 min dollarlıq maşın qazanır.


Təbii ki, Bill bu vəziyyətə çox sevinir. Bu hadisə onun yaşadığı şəhərin yerli xəbər agentliklərinin də diqqətini çəkir.


Buna görə də jurnalistlər Billin həyatını dərc etmək istəyirlər. Sonra olanlar isə daha maraqlıdır…


Görüntüləri əldə etmək üçün Bill yeni loto kartı alır və bu kart canlı efirdə 250 min dollar qazanır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...