Milli Qəhrəman və Qurban Qurbanov... - Anlamlı xareoqrafiya

İdman
23:12 / 22.02.2024
10385
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Qarabağ” - “Braqa” matçında Ağdam klubunun azarkeşləri anlamlı xareoqrafiya açıblar.
Sfera.az xəbər verir ki, fanatlar Azərbaycanının Milli Qəhrəmanı Allahverdi Bağırovla Qurban Qurbanovun əl-ələ xareoqrafiyasını hazırlayıblar.
“Ruhumuz şaddır” deyə xareoqrafiyada qeyd olunub.
Qeyd edək ki, Allahverdi Bağırov “Qarabağ”ın futbolçusu, kapitanı baş məşqçisi olub. O, birinci Qarabağ müharibəsində şəhid olub.