Barak Obamanın böyük qızı Hollivudda karyerasına başladığını elan etdi - FOTO

Barak Obamanın böyük qızı Hollivudda karyerasına başladığını elan etdi - FOTO

ABŞ-ın 44-cü prezidenti Barak Obamanın böyük qızı, 25 yaşlı Maliya Obama Hollivudda karyerasına başladığını rəsmən elan edib.

 

Sfera.az xəbər verir ki, Maliya Obama yeni adla debüt edib. Fanatların bu xəbərə reaksiyası müxtəlif olub.
 

Qeyd edək ki, Barak Obamanın qızı “Sundance” Müstəqil Film Festivalında öz səhnə adı ilə debüt edib. O, rejissor Malia Ann kimi təqdim edilib. Güman edilir ki, buna səbəb onun keçmiş prezident və birinci xanımın adının kölgəsindən uzaqlaşmaq istəyi ilə bağlıdır.
 

Maliya “Ürək” adlı qısametrajlı filmini təqdim edib. O, layihəsini “qeyri-adi vəsiyyət edən anasına yas tutan bir adam haqqında qəribə kiçik bir hekayə”, “bir növ nağıl” kimi təsvir edib.


Qeyd edək ki, Donald Qloverin “Gilga” şirkəti tərəfindən istehsal olunan bu film Maliyanın ilk rejissor işidir. Maliya, artıq “Amazon Prime”nin “The Swarm” layihəsində ssenarist kimi təcrübəyə malikdir. Hələ o vaxt Donald Qlover qeyd edirdi ki, çəkiliş meydançasında Maliyaya qarşı mehriban münasibətdə valideynlərinin heç bir rolu olmayıb:
 

“Mənə elə gəlir ki, o, hər şeyin ən yaxşısına layiq olan birisidir. Həm də, gözəl yazı üslubuna malikdir. Keçmiş prezidentin qızı olduğu üçün ona səthi yanaşa və ya qeyri-ciddi qəbul edə bilmərik”.
 

Onu da qeyd edək ki, Maliya ailəsindən uzaqlaşaraq Hollivudda səhnə adı alan ilk məşhur övladı deyil. Nikolas Keyc Koppolad soyadını dəyişib, Ancelina Coli isə Voight soyadından imtina edib.
 

Mişel və Barak Obamalar isə hal-hazırda kino maqnatı olsalar da, bu ayın əvvəlində 2024-cü ildə keçirilən “Sundance” Film Festivalında iştirak etməyiblər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR