Paşinyanın müavini: \"Kamil Zeynallı ilə bağlı tədbir görəcəyik\"
"Ermənistan Moskvada həbs edilərək azadlığa buraxılan azərbaycanlı Kamil Zeynallı ilə bağlı tədbir görəcək".
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bu gün jurnalistlərlə söhbətində deyib.
"Əminəm ki, tədbirlər olacaq, amma indi geniş danışmaq istəmirəm, çünki məsələ ilə bağlı kollegial müzakirə də aparılmalıdır.Gəlin irəli getməyək, rəsmi cavab gələndə danışarıq”,-nazir müavini deyib.
Xatırladaq ki, Kamil Zeynallı Rusiyada "Domodedovo” hava limanında saxlanılmışdı. Məlumata görə, onun saxlanılma səbəbi ermənilərin beynəxalq axtarışa verməsidir.
Domodedovo rayonunun polis idarəsində aparılan araşdırmalar zamanı Kamil Zeynallının heç vaxt Ermənistanda olmaması və bu ölkədə hər hansı qeyri-qanuni əməl törətməməsi müəyyən edilib. Digər tərəfdən, idmançı sərbəst buraxılaraq Bakıya qayıtsa da, federal axtarışda olmağa davam edəcək.
Əzizə