Xavi “Napoli” matçından DANIŞDI: \"Biz buna layiq idik\"

Xavi “Napoli” matçından DANIŞDI: \

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Napoli" ilə qarşılaşmadan (1:1) danışıb.


Sfera.az bildirir ki, Xavi “Barça”nın yaxşı müdafiə olunduğunu deyib:


“Oyun üslubumuz yaxşı nəticə verdi. Mübarizəni davam etdirib oyunu sakitləşdirməli və bütün sualları aradan qaldırmalı idik. Amma bu baş vermədi.Rəqib komanda da yaxşı çıxış etdi və çoxlu qol imkanları yaratdı. Biz daha çox şeyə layiq idik. Qol vurmalı, qol buraxmamalı idik.Qələbə qazanmamağımız təəssüf doğurur, çünki buna layiq idik”.


Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 12-də baş tutacaq. 

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR