AZAL prezidenti təyin edilən Samir Rzayev KİMDİR? - DOSYE

AZAL prezidenti təyin edilən Samir Rzayev KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Sfera.az bildirir ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. O, təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

 

2009-2017-ci illərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri işləyib. Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdüri vəzifəsini icra edib. Maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinə malikdir. 2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, noyabr ayında AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Ağdərədə silah-sursat aşkarlandı- FOTO

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar e...

Çörəklərdə un qurdundan istifadə olunacaq - Yeni QƏRAR

Avropa İttifaqı ölkələrində ultrabənövşəyi radiasiya ilə müalicə olunmuş un qurdlarının süfrəsindən qida maddəsi kimi istifadə etmək mümkün olacaq.  &nb...

Azərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam i...

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.  ...

Fransa XİN: Qəzzanın gələcəyi Fələstin dövləti ilə bağlıdır

Gələcək Qəzza zolağının əsasını üçüncü ölkənin nəzarəti deyil, Fələstin dövləti təşkil etməlidir.   Sfera.az xəbər verir ki, bu barədə Fransa KİV-lər...

Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında S...