"Rusiya təyyarələrimizi vurmaqla hədələyir" - Fransa XİN rəhbəri
Rusiya Fransa ordusuna qarşı aqressiv davranır.
Sfera.az xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu "RTL"radiostansiyasının efirində bildirib.
“Bir ay əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemi, biz patrul xidməti apardığımız beynəlxalq zonada olarkən Qara dəniz üzərində Fransa təyyarələrini vurmaqla hədələmişdi",- Lekornu iddia edib.
O deyib ki, bir neçə ay əvvəl rus hərbi gəmisi Fransanı qorxutmaq üçün Sena körfəzinə daxil olub:
“Rusiya yenidən xüsusi aqressiv mövqe tutur, Moskva bunu sərhədlər məsələsində göstərir”, - fransalı nazir qeyd edib.
Bundan əlavə, o, Rusiya Federasiyasından edilən kiberhücumların tezliyindən, o cümlədən Ukraynanı silahla təchiz edən hərbi şirkətlərdən birinə son məlumat hücumundan şikayətlənib.
Xatıralaq ki, Lekornu bir müddət əvvəl hərbi-sənaye kompleksi müəssisələrinə haker hücumlarının sayının artması ilə bağlı narahatlığını ifadə edib və bu hücumların mənbəyi kimi Rusiyanı göstərib.
Əzizə