Kişilər, yoxsa qadınlar daha qənaətcildir? - MARAQLI ARAŞDIRMA

Kişilər, yoxsa qadınlar daha qənaətcildir? - MARAQLI ARAŞDIRMA

Türkiyədə qənaət edilən pulların daha çox hissəsi qızılda saxlanılır. 


Sfera.az xəbər veriri ki, Türkiyədə aparılan bir araşdırmaya əsasən, yığılan vəsaitin 26 faizi qızıl və əmanət şəklində, 16 faizi şərti qızıl (fiziki olmayan  - red.) formasında qorunur. 


Araşdırmaya görə, əhalinin 69 faizi müntəzəm şəkildə qənaət edir. Qənaətçillik kişilər arasında daha yüksəkdir. Kişilərin 74 faizi, qadınların isə 61 faizi qənaətcildir.


Digər bir maraqlı fakt ondan ibarətdir ki, kişilər səhm bazarına sərmayə qoymağı üstün tutduğu halda qadınlar pullarını qızıla çevirib evdə saxlamağı daha doğru hesab edir. 


Vasif


OXŞAR XƏBƏRLƏR