Baydenin təhqirinə Rusiyadan SƏRT REAKSİYA: "Kovboy üslubu, qocalığın..."

Baydenin təhqirinə Rusiyadan SƏRT REAKSİYA:

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Co Baydenin Vladimir Putinlə bağlı dediklərini tamamilə iyrənc adlandırıb. 

 

Sfera.az xəbər verir ki, onun fikrincə, bu cür bəyanatlar bu şəxsin rəhbərlik etdiyi ölkə üçün biabırçılıqdır.

 

"Bayden özünü Hollivud kovboyu üslubunda aparmağa çalışır. Rusiya lideri Vladimir Putin heç vaxt bu şəkildə bəyanatlar verməyib" - Peskov bildirib.

 

Qeyd edək ki, Bayden Rusiya liderini “əxlaqsızın oğlu, dəli” adlandırıb. Amerika prezidenti bunu dünən seçki kampaniyası çərçivəsində çıxışı zamanı nüvə təhlükəsi barədə danışarkən bildirib.

 

Rusiya Dövlət Duması Baydenin bəyanatlarını “qocalığın dəliliyi” adlandırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR