Martın 3-dən...Əhaliyə XƏBƏRDARLIQ

Cəmiyyət
11:35 / 22.02.2024
3439
Meteoroloqlar xəbərdarlıq edir ki, mart ayında Yer kürəsini güclü geomaqnit qasırğası bürüyəcək.
Sfera.az xəbər verir ki, Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Rentgen Günəş Astronomiyası Laboratoriyasının hesabatına görə, martın 3-dən etibarən Yer əhalisi Günəş radiasiyasının gücünü hiss etməyə başlayacaq.
Mütəxəssislər aydınlaşdırırlar ki, ilk dalğa kifayət qədər güclü olmayacaq, lakin beş ballıq fırtına martın 9-da təsirini göstərməyə başlayacaq və martın 12-dək davam edəcək.
2024-cü ildə 30-a qədər dalğalanma olacağı gözlənilir.
Günəş fırtınaları zamanı meteohəssas insanlar sağlamlıqlarına fikir verməlidirlər. (baku.ws)