"Tərtər İŞİ": Nəcməddin Sadıkov MƏHKƏMƏYƏ ÇAĞIRILDI

“Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər- Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb.

 

General Orucovun vəkili Elvin Rzayev və digər müdafiəçilərin ilk vəsatəti apellyasiya məhkəməsinin tam istintaqla aparılması ilə bağlı olub.

 

Vəkillər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə zabitin məhkəməyə çağırılmasını istəyiblər. Müdafiə tərəfi həmin şəxslərin məhkəmədə deyəcəklərinin iş üçün əhəmiyyət kəsb etdiyini düşünür.

 

Hakim Elmar Rəhimov məhkəmənin istintaqla aparılması haqqında vəsatəti təmin etməyib. N.Sadıkov və digərlərinin əlavə şahid kimi məhkəməyə çağırılması ilə bağlı vəsatət isə hələ ki, baxılmamış saxlanılıb. Hakim deyib ki, məhkəmə baxışının gedişində həmin vəsatət yenidən müzakirə ediləcək.

 

Proses fevralın 28-i davam edəcək.

 

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...