"Bu, bizim üçün asan olmayacaq" - "Liverpul"un baş məşqçisi

İdman
11:40 / 22.02.2024
3645
"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Çelsi" ilə qarşıdakı Liqa Kuboku finalının favoriti haqqında danışıb.
Sfera.az “BBC”yə istinadən bildirir ki, o bu barədə İngiltərə Premyer Liqasında "Luton"la oyundan (4:1) sonra jurnalistlərə açıqlama verib.
Klopp qeyd edib ki, sonuncu dəfə "Çelsi" ilə qarşılaşandan bəri mavilər xeyli inkişaf edib. Bu matç da "Liverpul" üçün asan olmayacaq.
Xatırladaq ki, İngiltərə Liqa Kubokunun finalı Londonda, “Uembli” stadionunda, fevralın 25-də başlayacaq.
Qeyd edək ki, "Liverpul" 14-cü dəfə İngiltərə Liqa Kubokunun finalına ev sahibliyi edəcək. Bu bütün İngiltərə klubları arasında rekord göstəricidir. Mersisaydlılar bu turnirdə daha bir rekorda imza ataraq 9 dəfə qalib olublar.
Fatimə Lətif