Bütün dünyaya sevgilərini ən maraqlı üsullarla elan edən məşhurlar

Bütün dünyaya sevgilərini ən maraqlı üsullarla elan edən məşhurlar

Hər kəs öz sevgisini özünəməxsus şəkildə göstərir. Adlarını çəkəcəyimiz bu məşhurlar da sevgilərini bütün dünyaya elan ediblər. Aralarında qan içərək nişanlanan, reklam lövhələrinə yazdıqları mesajlarla gündəm olanlar da var.

 

Sfera.az sevgilərini qeyri-adi üsulla elan edən məşhurların bəzilərini təqdim edir. 

 

1. Son vaxtlar adlarını tez-tez eşitdiyimiz Meqan Foks və Pulemyot Kellidən başlayaq. Bir-birinin qanını içərək nişanlanan cütlüyün nikah üzüklərində çıxaranda ağrısın deyə kənarlarında tikanlar da qoyulub. 

 

 

2. Bir zamanlar Kim Kardaşyanla münasibəti olan Pit Devidson bir vaxtlar Ariana Qrande ilə nişanlanıb. Hətta görüşdükdən iki həftə sonra bir neçə döymə də etdiriblər.

 

 

Boşandıqdan sonra Pitin boynunda albom qapağı simvolu qara ürəklə örtülmüş və qoşa döymələrində "lənətlənmiş" mənasını verən bir yazı da vardı.


3. Ariana Qrande isə “Sweetener”' albomundakı mahnının adını keçmiş nişanlısının adı olan “Pete Davidson” qoydu.

 

 

4. Məşhur aktrisa Ancelina Coli və keçmiş əri Billi Bob Tornton içərisində bir-birinin qanı olan boyunbağılarını taxıblar.

 

 

5. Pamela Anderson və musiqiçi Tommy Lee tanış olduqlarından dörd gün sonra evlənməyə qərar veriblər. Cütlük cəmi üç il evli olub və bu evlilikdən iki oğlanları
dünyaya gəlib.

 

 

6. Offset həyat yoldaşı Cardi Binin ad günü üçün qızları Kulturenin adına reklam lövhəsi icarəyə götürüb. 


7. Taylor Swift keçmiş sevgilisi Konor Kennedinin ailəsi ilə qonşu olan evi 5 milyon dollara alıb! 


Ancaq bir neçə ay sonra, Taylor hələ evə köçməmiş, onlar ayrılıblar. Həmçinin tanımayanlar üçün deyək ki, Konor Kennedi sui-qəsd nəticəsində öldürülmüş keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğludur.


8. “Blurred Lines” mahnısı ilə tanınan Robin Thicke, o zamanlar problem yaşadığı həyat yoldaşı Paula Patton ilə barışmaq üçün “Paula” adlı albom çıxardıb.
Paula Patton isə hələ də boşanmaq üçün ərizə verib...

 

 

9. İllər sonra sevgiləri yenidən alovlanan Ben Afflek və Cennifer Lopezin də şirin hekayəsi var. Cennifer mükafatı qazandıqdan sonra Ben məşhur jurnalların bir səhifəsini icarəyə götürüb və kiçik bir təbrik məktubu yazıb.

 

 

“Siz mehriban, qətiyyətli, qənaətcil, təvazökar, mərhəmətli, cəsarətli, anlayışlı, istedadlı və zərif olduğunuzu sübut etdiniz... Sizinlə işləmək xoş və şərəfli idi. Kaş ki, bütün filmlərinizdə rol almaq mənə qismət olsun. Sevgi, hörmət və minnətdarlıqla, Ben Afflek”.


10. İndi evli və xoşbəxt olan Castin Biber keçmiş sevgilisi Selena Qomezlə tək başına romantik bir film izləmək üçün “Staples Center” nəhəng idman arenasını icarəyə götürüb.

 

 

11. Opranın proqramına qatılan Tom Kruz Keti Holmsa sevgisini etiraf edərkən qəfil divanın üstünə sıçrayaraq həm aparıcını, həm də tamaşaçıları təəccübləndirib.

 

Hadisədən illər sonra belə hazırlanmış gif yumor mənbəyinə çevrilib.


12. Ayrılıb barışdıqdan sonra boşanma ərəfəsində olan Kanye Uest (dəli) və Kim Kardaşyan cütlüyünün sevgi əlamətlərinin ümumiyyətlə elə özləri kimi “dəli” tipində olduğunu desək yalan olmaz. Təbii ki, buna tip demək olarsa…

 

 

Kanyenin Kimə verdiyi qiyməti 50 min ilə 500 min dollar arasında dəyişən “Birkin” çantası olub. Kanye sərvət dəyərində olan bu çantanın içinə olmasa da, üstünə nəsə edib… Öz əli ilə şəkil çəkərək, 500 minlik çantanı, 5 manatlıq çantaya çevirib. 

 

13.Haqqında eşitdiyiniz bütün hədiyyələri unudun. Məşhur aktyor Conni Depp 14 illik sevgilisi və qızının anası Vanessa Paradisə Fransadan üzüm bağları hədiyyə edib.

 

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR