"Mersedes"in yeni yarış avtomobilində problem ÜZƏ ÇIXDI

Yeni "Mersedes W15" avtomobili Bəhreyndə mövsümöncəsi sınaqların ilk günündə hibrid sistemində problemlərlə üzləşib. 


Sfera.az bildirir ki, bu barədə “Auto Motor und Sport” nəşri məlumat yayıb.


Belə ki, problemi aradan qaldırmaq üçün komandaya 90 dəqiqə lazım olub.


Xatırladaq ki, bir müddət əvvəl rəqib komandalar "Mersedes"in təqdim etdiyi yeni yarış avtomobilinin qaydalara uyğun olmadığını iddia edib. Maşınla bağlı Beynəlxalq Avtomobil Federasiyasına sorğu göndərilib.


Qeyd edək ki, 2024-cü il mövsümündə "Mersedes" komandasında Corc Rassel və Luis Hemilton çıxış edəcək. Mövsümöncəsi testlərin ilk günü Rassell alman avtomobilinin sükanı arxasına keçib. Hemilton isə avtomobili cümə axşamı sürəcək. 

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR