Azərbaycan-Türkiyə Universitetinə tələbə qəbulu bu ildən başlayacaq - RƏSMİ

Azərbaycan-Türkiyə Universitetinə tələbə qəbulu bu ildən başlayacaq - RƏSMİ

"Proqram çərçivəsində bu ildən başlayaraq Azərbaycan-Türkiyə Universitetinə tələbə qəbulu aparılacaq".

 

Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycan-Türkiyə Universiteti ilə bağlı jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

 

"2024/2025-ci təhsil ilində ixtisas seçimlərində Azərbaycan-Türkiyə Universiteti də yer alacaq. Bu il universitetdə mühəndislik və texniki-texnoloji ixtisasları mövcud olacaq.Növbəti illərdə partnyorlarımız çoxaldıqca həm ixtisasların sayının artırılması, həm də layihənin həcminin böyüdülməsi nəzərdə tutulur. Xüsusən də, tibb ixtisasının artırılması məqsədlər arasındadır", - N.Məmmədli qeyd edib.

 

Müşavirin sözlərinə görə, hələ ki bakalavrların qəbulu aparılacaq, magistr təhsili üçün isə yaxın dövrlərdə məlumat veriləcək:

 

"Tədris dilinin ilk olaraq ingilis, türk və Azərbaycan dilində olması planlaşdırılır. Gələcəkdə fərqli formatda olmasını düşünürük. Bu layihədən kənarda olan universitetlərlə də mübadilə olacaq.Bizim danışdığımız model yeni dünyanın trendlərinə uyğun olaraq reallaşdırılacaq. Vahid universitet modeli olmayacaq. Amma sözsüz ki, vahid bina olacaq. Binanın Bakıda olması nəzərdə tutulur.Tədris və akademik tərəflər Türkiyə və Azərbaycan müəllimlərinin birgə iştirakı ilə olacaq. Türkiyə tərəfi Universitetə elmi, akademik dəstəyi, Azərbaycan tərəfi isə maliyyə dəstəyini verəcək".

 

Sonda N.Məmmədli vurğulayıb ki, qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq:

 

"Azərbaycanda ali təhsil müəssisələrinə qəbul DİM vasitəsilə keçirilir. Hələ ki, ölkəmizdə attestatla qəbul mümkün deyil".


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...

İlham Əliyev Suriya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.   ...

"Qəbələ"yə transfer olunacaq

2025/2026 mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" yeni transferini açıqlayıb.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbr veri...