Birinci siniflərə elektron qeydiyyatın vaxtı AÇIQLANDI

Təhsil
15:55 / 21.02.2024
3035
Birinci siniflərə qeydiyyat prosesi 2015-2016-cı tədris ilindən etibarən elektron qaydada həyata keçirilir.
Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır:
"2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".