İsrail Suriyaya hava zərbələri ENDİRDİ

Dünya
15:14 / 21.02.2024
2747
İsrail Suriyanın paytaxtı Dəməşqin cənub-qərbindəki Kfar Susa bölgəsinə hava zərbələri endirib.
Sfera.az xəbər verir ki, bu barədə Suriyanın "SANA" agentliyi məlumat yayıb.
İddiaya görə, zərbə yaşayış binasına dəyib, ölənlər var.
Bundan əvvəl Suriya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Feysəl Miqdad İsrailə qarşı yeni müharibələrə hazır olduğunu açıqlamışdı .
Əzizə Zeynal