Avropanın Rusiyadan qaza görə asılılığı tarix olacaq - PLAN AÇIQLANDI

Avropanın Rusiyadan qaza görə asılılığı tarix olacaq - PLAN AÇIQLANDI

Avropada qaz istehlakı Rusiya-Ukrayna müharibəsinin başladığı tarixlə müqayisədə 20 faiz azalıb. 


Sfera.az xəbər verir ki, 2023-cü ildə Avropada qaz istehlakı son 10 ilin ən aşağı səviyyəsinə düşüb. Bunun başlıca səbəbi Avropa ölkələrində qaz istehlakında qənaət rejiminin tətbiqi və daha səmərəli vasitələrdən istifadəyə xərclənən vəsaitlərin artmasıdır. 


Təbii qaza tələbatın azalmasına əsasən Almaniya, İtaliya və Böyük Britaniya səbəb olub. Həmin ölkələr mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturunun qurulmasına böyük məbləğdə vəsait xərcləyiblər. Bu ölkələrdə son 2 ildə 8 idxal terminalı fəaliyyətə başlayıb, 2030-cu ilə qədər daha 13 terminalın fəaliyyətə başlaması gözlənilir. 
Proqnozlaşdırılır ki, Avropanın LNG terminallarının sayı yaxın 10 il ərzində davamlı artırılacaq. Terminalların sayının nəzərdə tutulan həddə çatmasından sonra Avropa LNG qəbulunu 3 dəfə artıra biləcək. 


LNG tədarükünün artması Avropanın ABŞ, Kanada kimi uzaq regionlarda yerləşən istehsalçılardan da qaz alışını artıracaq.


Hələlik avropalılar yaxın bazarlardan LNG idxalını artırmağı üstün tutur. İlkin mərhələdə Rusiyadan LNG tədarükü 11 faiz artıb. Avropalı ekspertlər Rusiyanın sıxılmış qaz alışının müvəqqəti xarakter daşıdığını və gələcəkdə digər istehsalçılardan alışların artacağını proqnozlaşdırırlar. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...