Buraxılış imtahanı üçün şagirdlər özləri qeydiyyatdan keçməlidirlər? - RƏSMİ CAVAB

Buraxılış imtahanı üçün şagirdlər özləri qeydiyyatdan keçməlidirlər? - RƏSMİ CAVAB

Xəbər vediyimiz kimi, 3, 10 mart tarixlərində tam (11 illik) orta təhsil, 17 mart, 7 aprel, 21 aprel tarixlərində isə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

 

Sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri də şagirdlərin buraxılış imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib-keçməməli olduğudur.

 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Sfera.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur.

 

Bildirilib ki, məlumatlar məktəb tərəfindən “Şagird-məzun” sisteminə daxil olunur:

 

“Şagirdlər imtahana bir neçə gün qalmış buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR