Argentina prezidenti arzusunu dilə gətirdi: "Bəxtim gətirsə, Messi ilə...” 

Argentina prezidenti arzusunu dilə gətirdi:

Argentina Prezidenti Xavyer Miley “İnter Mayami”nin hücumçusu Lionel Messini tarixin ən böyük futbolçusu adlandırıb və “dünyanın ən vacib argentinalısı” ilə ünsiyyət quracağına ümid etdiyini bildirib. 


Sfera.az xəbər verir ki, onun sözlərini "As" sitat gətirib.

 

“Messi bütün zamanların ən böyük futbolçusudur. O, fenomendir. Onunla heç vaxt danışmaq imkanım olmayıb. Dünyanın ən vacib argentinalısı ilə danışmaq şansına nail olmaq istəyirəm. Mən Roma Papası, Hollandiya kraliçası Maksima ilə danışmışam ... Bəxtim gətirsə, Messi ilə də danışa biləcəm”, – prezident deyib.

 

Qeyd edək ki, Messi iki il Fransanın PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. "İnter Mayami"də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. 

 

İnci


OXŞAR XƏBƏRLƏR

Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıql...

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...