"Navalnının ölüm fərmanını bu “barterin” baş tutmasını istəməyənlər verib" - AÇIQLAMA

“Nemtsovun Kremlin divarları dibində qətlə yetirilməsindən sonra Navalnının ölüdürülməsi o qədər də təəccüblü olmamalıdır. Belə görünür ki, Putin “dar ağacına” çıxardığı Navalnının ayaqları altından kətili çəkib”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

 

Politoloq bildirib ki, bu ölümdə “yerinə oturmayan daşlar” var:

 

“Navalnının salındığı kameradan hakimiyyətə risk yaratmaq imkanı minumum idi və Rusiyada prezident seçkilərinə hazırlıq öncəsi onun öldürülməsi Putinə “başağrısından” başqa heç nə vermir. Sual yaranır, indiki məqamda niyə onun “ölüm fərmanı”nı imzalasın?

 

Bu ölüm Putinin öz “ayağına sıxması” kimi görünür, lakin fərz edək ki, Navalnının “ölüm fərmanı”nın verilməsində gizli məqamlar var, o zaman, niyə başqa vaxt yox, məhz Münxen Təhlükəsizlik Konfransının işə başladığı gün bunu etsin?”

 

A.Nərimanlı qeyd edib ki, burada “səbəb-nəticə” prinsipi daha məntiqli görünür:

 

“Nəticəyə baxdıqda bunlar Navalnının ölüm fərmanının Kreml divarlarından kənarda verildiyi fikrini önə çıxır. Axı belə bir ölüm seçkiyə hazırlaşan Putinin nə qədər amansız olduğunu təkcə nəzərə almadığı beynəlxalq ictimai rəydə yox, öz xalqında da yaradacaq, rus ictimaiyyəti dilə gətirməsə belə, ən azı bu haqda düşünəcək. Hətta bu, seçki qutularından çıxacaq “nəticə”yə təsir etməsə belə, ümumi əhval-ruhiyəni korlamağa yetir”.

 

Siyasi şərhçinin sözlərinə görə, ən böyük müəmma isə Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovun Rusiyaya təhvil verilməsi qarşılığında azad ediləcəyi ilə bağlı müzakirələrdir:

 

““Bild” nəşrinin yazdığına görə, Moskva, Vaşinqton və Berlin arasında aparılan müzakirələr Putinin Navalnını azadlığa buraxması qarşılığında Krasikovun ruslara təhvil verilməsi ətrafında gedirmiş. Nəşr Putinin Krasikovu geri almaqda israr etdiyini qeyd edir. Navalnının ölümü bu danışıqları sıradan çıxardı. Və o versiyanı gücləndirdi ki, Navalnını öldürənlər bu “barterin” baş tutmasını istəməyənlər ola bilər.

 

Müəmmalı məqamlar çoxdur, lakin Navalnının ölmünün nəticələrinin Putinə yox, həm Qərbdə, həm də Rusiya daxilində Putinə qarşı olanlara sərfəli olduğu ehtimalı daha güclü görünür”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...

İlham Əliyev Suriya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.   ...