Co Baydenin oğlunun İŞİ: Smirnov Rusiya kəşfiyyatı ilə əlaqələrini açıqladı

Co Baydenin oğlunun İŞİ: Smirnov Rusiya kəşfiyyatı ilə əlaqələrini açıqladı

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin işi üzrə yalan ifadə verməkdə təqsirləndirilən ABŞ Federal Təhqiqat Bürosunun (FTB) müxbiri Aleksandr Smirnov Rusiya kəşfiyyatı ilə əlaqələrini açıqlayıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

 

O iddia edir ki, Amerika liderinin oğlu haqqında Rusiya kəşfiyyatından neqativ məlumatlar alıb.

 

ABŞ Prokurorluğu iş materiallarında Smirnovu yalançı, həyatının ən elementar təfərrüatları haqqında belə həqiqəti deyə bilməyən şəxs kimi xarakterizə edib.

 

Prokurorlar bildiriblər ki, onun yaydığı dezinformasiya yalnız Bayden haqqında yalan iddiaları ilə məhdudlaşmır. Qeyd olunur ki, Smirnov nəinki FTB-yə Ağ Ev rəhbərinin ailəsi ilə bağlı yalan məlumat verib, həm də onun 6 milyon dollar dəyərində sərvətinə dair istintaqı yanıldıb və təhlükəsizlik sahəsində çalışdığını bildirib. 

 

Xatırladaq ki, bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi Smirnova qarşı ittiham irəli sürüb.  43 yaşlı FTB məlumatçısı fevralın 15-də Las-Veqasda saxlanılıb. O, prezidentin oğlu Hanterin Ukraynanın “Burisma” enerji şirkəti ilə işgüzar əlaqələrində rolu barədə yalan ifadələr verməkdə ittiham edilib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...