“Putin bununla demək istəyir ki...” – Navalnının ölümünün PƏRDƏARXASI 

“Putin bununla demək istəyir ki...” – Navalnının ölümünün PƏRDƏARXASI 

Rusiyalı müxalifətçi Aleksey Navalnının cəsədinin ailəsinə təhvil verilməməsi müzakirə obyekti olaraq qalır. Qeyd olunur ki, Navalnının ölümündən sonra Rusiya Prezidenti Vladimir Putin Cəzaların İcrası üzrə Federal Xidmətin (FSİN) rəhbərliyini mükafatlandırıb. O cümlədən, xidmətin iki direktor müavini və iki idarə rəisinin rütbələri yüksəldilib.

 

Rusiya müxalifətçilərinin iddiasına görə, sözügedən direktor müavinlərindən biri Navalnıya işgəncələr verdirən Valeri Boyarinevdir.

 

Sfera.az-a bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki, Navalnının Münhen Təhlükəsizlik Konfransının başladığı gün öldürülməsi təsadüf deyil.

 

“Putin bütün addımları ilə həm ölkə daxilinə, həm də dünyaya deyir ki, Navalnı məhz onun əmri ilə öldürülüb. O, bu davranışı ilə dövlətə nə dərəcədə hakimliyini, Rusiyada tək güc mərkəzinin özü oduğunu, ehtiyac duyarsa, başqa radikal qərarlar da verib, icra etdirə biləcəyini nümayiş etdirmək istəyir. Məsələn, nüvə silahının tətbiqi də bu sırada yer ala bilər”.

 

Ekspert xatırladıb ki, artıq beş gündən çoxdur, Navalnının meyiti ailəsinə verilmir:

 

“Rejim yəqin ki, dəfn mərasiminə arzuolunmaz sayda insanın toplaşmasından ehtiyatlanır”.

 

Xatırladaq ki, rusiyalı müxalifət lideri Aleksey Navalnı fevralın 16-da Rusiya koloniyalarından birində dünyasını dəyişib. Federal Penitensiar Xidmətin regional şöbəsi siyasətçinin gəzintidən dərhal sonra xəstələnib, huşunu itirdiyini bildirib. Fevralın 19-da müxalifətçinin həyat yoldaşı Yuliya Navalnaya ərinin işini davam etdirəcəyini bildirib və rusları “rejimlə mübarizəyə” çağırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...

İlham Əliyev Suriya Prezidenti ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olub.   ...

"Qəbələ"yə transfer olunacaq

2025/2026 mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" yeni transferini açıqlayıb.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbr veri...