"Vaşinqton özü Ukraynaya pul ayıra bilməz" - Ağ Ev Konqresi İTTİHAM ETDİ

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinq zamanı bildirib ki, Vaşinqton özü Ukraynaya pul ayıra bilməz.


Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

“Bizim Ukraynaya göndərməyə pulumuz yoxdur. Konqres tərəfindən maliyyələşdirmənin təsdiqindən başqa da heç bir sehrli həllimiz yoxdur",- Sallivan bildirib.

 

O əlavə edib ki, Ukrayna hərbçilərinin Avdiivkadan imtina etməsində ABŞ Konqresi günahkardır. İmtina Kiyevə yardımın ayrılması ilə bağlı qərarın qəbulunun gecikməsi ilə bağlıdır. Sallivanın sözlərinə görə, Ukrayna ordusunun silahları tükənmək üzrədir və onlar silahları ehtiyacları olduqları miqdarda almırlar.

 

Bundan əvvəl Sallivan bildirib ki, Ukraynaya kreditlə yardım köçürmək yaxşı həll yolu deyil.

 

Eyni zamanda amerikalı jurnalist Taker Karlson “The Blaze” nəşrinə müsahibəsində Ukraynaya yardımın çirkli pulların yuyulması əməliyyatı olduğunu deyib. Bundan əvvəl isə ABŞ və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlara başlayıb.

 

Əzizə


 


OXŞAR XƏBƏRLƏR

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...