"Bakının küçələri təhsilli, amma özlərini apara bilməyən insanlarla doludur" - Psixoloq

“Valideynlər bir çox hallarda uşaqların təhsilinə daha çox fokuslanırlar, nəinki, tərbiyəsinə”.

 

Bunu Sfera.az-a açıqlamasında klinik psixoloq Fuad Əsədov deyib. O qeyd edib ki, bu, yaxşı bir hal deyil:

 

“Bu, o deməkdir ki, uşaq istəmədiyi bir həyata doğru itələnir, bəzən və bütün ömrü boyu sevmədiyi işlə məşğul olacaq. Hər kəs universitet oxumalı deyil. Kimsə musiqiçi, ya da rəssam olmaq istəyirsə, ora yönələ bilər. Yeri gələndə, bu gün bir illik kurslarla çox peşəkar İT mütəxəssisi yetişdirilir. “Hamının uşağı universitet oxuyur, mənim uşağımın nəyi əskikdir onlardan” düşüncəsi ağlın eqoya uduzmasını təmin edir. Az valideyn övladı ilə vicdan, mənəviyyat və empatiya haqqında mütəmadi danışır. Amma təhsillə bağlı hər gün məsləhət verirlər. Buna görə də Bakının küçələri təhsilli, amma özlərini apara bilməyən insanlarla doludur. Bütün bu yerə zibil atanların, küçədə qışqıraraq danışanların, yol hərəkəti qaydaları pozanların, növbəni pozanların əksəriyyəti təhsilli insanlardır. Bir çox şeyi də bilirlər, amma mədəniyyət və etika xaricində”.

 

Psixoloq bildirib ki, valideynlər uşaqları sevgisiz qoyur:

 

“İndiki uşaqların əksəriyyəti sevgisiz böyüyür. Ya ərköyün böyüdürlər, ya da diqqətdən kənar...Həqiqətən, sevgi hiss edilmir. Ona görə də empatiya qura bilmirlər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...

Bu bürclər rəhbər olmaq üçün doğulur

ABŞ-də aparılan araşdırma bürclərlə insanların peşə seçimləri arasında maraqlı əlaqələri üzə çıxarıb.   Sfera.az xəbər verir ki, təxminən 8.700 işçi...

Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni Baş katibi Ərgüc Kələntərli Fəxri xiyabana gələrək A...

Mətbuat Şurası: 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qət...

Rusiya Ukraynanın hərbi sənaye komplekslərini hədəf alıb

Rusiya Silahlı Qüvvələri Lvov, Xarkov və Lutsk şəhərlərində Ukraynanın hərbi-sənaye kompleksinə və hərbi aerodrom infrastrukturuna qrup hücumu həyata keçirib. ...