Madonna konsert zamanı səhnədə stuldan yıxıldı - VİDEO

Madonna konsert zamanı səhnədə stuldan yıxıldı - VİDEO

Hazırda yaradıcılığının 40 illiyinə həsr olunmuş qastrol səfərində olan 65 yaşlı Pop-diva Madonna çıxışı zamanı xoşagəlməz hadisə ilə üzləşib. “Climate Pledge” Arenada şousu zamanı müğənninin kreslodan yıxılmasının videosu yayılıb.


Sfera.az bildirir ki, Madonna bu xoşagəlməz vəziyyəti peşəkarcasına “söndürməyi” bacarıb. O, bir daha öz bacarığını nümayiş etdirərək ictimaiyyətin marağını öz üzərinə çəkib.


Madonna "Open Your Heart" mahnısına rəqs edərkən, xoreoqrafiyaya əsasən, rəqqasə sənətçinin əyləşdiyi stulu yenidən əsas səhnəyə itələməli idi, lakin hündürdaban ayaqqabılara görə o, büdrəyib. Həm rəqqasə, həm də Madonna ayaqları yuxarı vəziyyətdə səhnədə sürüşüb yıxılır.
 

Əfsanəvi müğənni bir daha göstərib ki, estrada musiqisinin simvolu olması əbəs yerə deyil. O, yıxılarkən, planlaşdırılıbmış kimi, qarnı üstə çevrilib, mikrofonu buraxmadan gülüb.


Konserti lentə alan ekipajın başqa bir üzvü qabağa gələrək müğənniyə kresloya qalxmağa kömək edib, başqa bir rəqqasə isə arxasınca stul sürüyərək yanına gəlib, Madonnanı qucaqlayıb.
 

Sənətçi davam etməyə çalışsa da, qarışıqlığın hələ də təsirindən çıxa bilməyib. O, tamaşaçılara tərəf dönərək:
 

“Lənət olsun, sözləri unutdum”deyib. Daha sonra pop-diva sözləri və xoreoqrafiyanı tez xatırlayaraq mahnını bitirib.


Hadisənin videosu ictimailəşdikdən sonra fanatlar ancaq və ancaq heyranlıqlarını ifadə ediblər.


Xatırladaq ki, 2023-cü ilin iyununda Madonna ağır bakterial infeksiya ilə xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində həkimlər xəstəliyə qarşı mübarizə aparmaq üçün onu süni tənəffüs aparatına qoşublar. O, iyul ayına planlaşdırılan və oktyabrda başlanan turu bir müddət təxirə salmalı olub.
 

Turun aprelin 26-da Mexikoda başa çatması planlaşdırılır.

 

Aynil

Sfera.az
 

 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...