Çin son 60 ildə rekord şaxtalarla mübarizə aparır

Çinin qərbində yerləşən Sincan bölgəsində yerli Yeni ildən sonra soyuqlar 64 illik rekordu qırıb. Çində temperatur -52,3 dərəcəyə düşüb.
Sfera.az bildirir ki, Çinin bəzi digər bölgələri də şiddətli şaxtalardan əziyyət çəkir. Çində ilin əsas bayramına görə bir həftəlik məzuniyyətdən geri qayıdan ölkə əhalisi yollarda hərəkətin iflic olması səbəbindən çətin vəziyyətdə qalıb. Hələ başlamamış qar fırtınası və dolu bəzi səyahətçiləri qatarlarda və avtomobillərdə qoyub.
Sincan bölgəsində göldə minlərlə quş donub.
Dövlət mediası bildirib ki, Fuyun əyalətinin Tuerhong qəsəbəsində bazar günü göstərici Sincan temperatur rekordlarından da ən aşağı göstəriciyə çatıb. Burada temperatur -51,5 ° C-dən də aşağı düşüb. Bu göstərici ən son 21 yanvar 1960-cı ildə qeydə alınıb.
Ümumiyyətlə isə bu temperatur indiyə qədər ölkədə qeydə alınmış (2023-cü il yanvarın 22-də Heilongjiang əyalətinin şimal-şərqindəki Mohe şəhərində qeydə -53°C-dən aşağı) göstəricidən də aşağıdır.
Yerli KİV-in məlumatına görə, Altay bölgəsinə bir neçə gün yağan qardan sonra 853 km-lik yol bağlanıb. Gecə saatlarında 86 xilasedici 47 texnikanın köməkliyi ilə qarı təmizləməli olub.
Nəqliyyat Nazirliyinin məlumatına görə, Daxili Monqolustan və Sintszyan bölgələrində, həmçinin Liaoninq, Jilin və Heilongjiang əyalətlərində 43 yol hissəsi və 623 ödəniş məntəqəsi bağlanıb.
Çin meteoroloqları 2-ci səviyyəyə qədər şaxta xəbərdarlığı ediblər.
Aynil