"Kiyevi dəstəkləyirik, amma Rusiyaya qarşı sanksiya olmayacaq" - Gürcüstanın baş naziri

Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Tbilisi anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina edir.

 

Sfera.az xəbər verir ki, o, nitqində Kiyevə dəstək olduqlarını da etiraf edib.
 

“Rusiyaya qarşı sanksiyalara gəlincə, bizim çox aydın mövqeyimiz var: biz sanksiyalar tətbiq etmirik və bu məsələdə çox ciddi arqumentlərimiz var.


Biz Ukraynanı siyasi cəhətdən güclü şəkildə dəstəkləyirik, əhəmiyyətli humanitar yardım göstəririk və Ukrayna xalqı ilə çox yaxın münasibətlərimiz var.


Amma biz bəzi Ukrayna rəsmilərinin Gürcüstanda “ikinci cəbhə”nin açılması ilə bağlı bəyanatlarından üzülürük”, - deyə Gürcüstanın baş naziri əlavə edib.

İnci


OXŞAR XƏBƏRLƏR