Lukaşenko: "Müharibəyə hazır olmalıyıq"

Lukaşenko:

Belarus Prezidenti Aleksandr Lukaşenko müharibəyə hazır olmağa çağırış edib.


Sfera.az xəbər verir ki, bu barədə o, milli təhlükəsizlik orqanlarının rəhbərliyi ilə geniş tərkibdə müşavirədə bildirib.

 

“Belarusa müharibə lazım deyil, lakin biz buna həm mental, həm də strateji baxımdan hazır olmalıyıq",-prezident qeyd edib.

Lukaşenko əlavə edib ki, qlobal münaqişənin diplomatik yollarla həllinin mümkünlüyü ilə bağlı illüziyalardan əl çəkmək lazımdır, çünki kollektiv Qərbin münasibəti belədir: “Onların tərəfində olmayanlar zorla alınacaq”.


Onun sözlərinə görə, beynəlxalq təşkilatların reputasiyası tamamilə gözdən salınıb.


"Bu gün vəziyyəti real qiymətləndirmək və fəal hərəkət etmək son dərəcə vacibdir, səhvlər yolverilməzdir"-, Belarus rəhbəri bildirib.


İnci


OXŞAR XƏBƏRLƏR