Sərnişin mikroavtobusu aşdı, xəsarət alanlar var

Sərnişin mikroavtobusu aşdı, xəsarət alanlar var

Bu gün saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən keçən 45-ci kilometirliyində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus  yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, 6 nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.

 

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR