Modriç "Real Madrid"in bu təklifini RƏDD ETDİ: "Futbolçu karyeramı..."

İdman
18:00 / 20.02.2024
15965
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti 38 yaşlı yarımmüdafiəçi Luka Modriçi məşqçilər korpusuna dəvət edib.
Sfera.az bildirir ki, baş məşqçi bu təklifi futbolçunun mövsüm sonunda karyerasını bitirmək ehtimalına qarşı edib.
Xorvatiyalı yarımmüdafiəçi Ançelottinin təklifini yüksək qiymətləndirib, lakin futbolçu karyerasını davam etdirmək üçün kifayət qədər gücü olduğuna inandığını bildirib.
Hazırda Modriçlə ABŞ və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilir.
Xatırladaq ki, daha əvvəl mətbuatda Modriçin “Real”dakı oyun müddətindən narazı olduğu və Madrid klubundan ayrılma variantlarını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.
Fatimə Lətif