“Ferrari”nin baş məşqçisi Hemiltondan danışdı: “Gələcək üçün etalon ola bilər”

İdman
17:10 / 20.02.2024
9754
"Ferrari"nin baş məşqçisi Frederik Vasör britaniyalı pilot Luis Hemiltonla müqavilə imzalamaq qərarından danışıb.
Sfera.az bildirir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Vasörün sözlərinə görə, “Ferrari”yə keçmək qərarı Hemilton üçün təbii addım idi:
“O, McLaren və Mercedes ailəsinin üzvü idi. Düşünürəm ki, belə bir təcrübəyə malik sürücünü aramızda görmək çox xoşdur. O, gələcəkdə komandanın inkişafı üçün etalon ola bilər”.
Qeyd edək ki, Luis Hemilton 2025-ci ildə Formula 1 mövsümündə Ferrari üçün yarışacaq.
Fatimə Lətif