“İcazə verin, oğlumun meytini görüm” - Navalnının anası Putinə MÜRACİƏT ETDİ

“İcazə verin, oğlumun meytini görüm” - Navalnının anası Putinə MÜRACİƏT ETDİ

Bu ilin fevralın 16-da cəza çəkdiyi müəssisədə vəfat edən Rusiyanın müxalifət lideri Aleksey Navalnının anası Lyudmila Navalnaya Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. 


Sfera.az xəbər verir ki, Navalnının anası müraciətində oğlunun meyitinin ona verilməsini tələb edib. 


Lyudmila Navalnaya siyasətçinin öldüyü 3 saylı islah koloniyasının qarşısında dayanarkən videomüraciət edib. O videomüraciətində bildirir ki, oğlunun ölümündən beş gün keçsə də cəsədi ona vermək istəmirlər, hətta cəsədin harada olduğuna dair məlumat da açıqlamırlar: “Mən sizə, Vladimir Putinə müraciət edirəm. Məsələnin həlli yalnız sizdən asılıdır. İcazə verin, oğlumun meyitini görüm”. 


Xatırladaq ki, fevralın 19-da Rusiya Federasiyasının İstintaq Komitəsi rusiyalı müxalifət lideri Aleksey Navalnının anasına oğlunun cəsədini daha iki həftə verməyəcəklərini bildirmişdi. Müstəntiqlər Alekseyin vəkillərinə və anasına bildiriblər ki, meyit hələ bir müddət ailəsinə verilməyəcək, meyitin üzərində daha 14 gün ekspertiza aparılacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha 29 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 və 8 oktyabr tarixlərində keçirəcəyi hərraclara ümumilikdə 29 dövlət əmlakı çıxarılacaq. ...

Sabah bu ərazilərdə su KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlə...

"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

Azərbaycanda kiberdiplomatlar hazırlanacaq.   Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat ...

Ana olmağa hazırlaşan aktrisa podiuma çıxdı - VİDEO

Türkiyənin məşhur aktrisası Pınar Deniz Paris Moda Həftəsi çərçivəsində təşkil olunan “L’Oréal Paris”in dəfiləsində iştirak edib. &nbs...

Zakir Həsənov pakistanlı generalla GÖRÜŞDÜ

General-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın ...

İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

ABŞ-də 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Vilyams dünən yerli vaxtla saat 18:10-da qətl...