Messidən Çinin iddialarına REAKSİYA: "Çox yaxın və xüsusi münasibətim olub"

Lionel Messi Honq-Konqda azərkeşlərin ona qarşı keçirdiyi aksiyalara reaksiya verib.
Sfera.az xəbər verir ki, Messi haqqında yazılanların doğru olmadığını, Çinə münasibətinin müsbət olduğunu bildirib:
"İnsanların siyasi səbəblərə görə oynamaq istəmədiyimi dediklərini eşitmişəm. Bu, belə olsa idi, mən dəfələrlə Yaponiyaya və Çinə getməzdim. Karyeramın başlanğıcından bəri Çinlə çox yaxın və xüsusi münasibətim olub”.
Qeyd edək ki, Çinin dövlət qəzeti “Global Times” Messinin hərəkətlərinin siyasi motivlərinin olduğunu və xarici qüvvələrin Honq-Konqu utandırmaq istədiyini yazıb.
Xatırladaq ki, Messi fevralın 4-də Honq-Konqda keçirilən yoldaşlıq oyununda zədəli olduğu üçün meydana çıxmayıb. Bu hadisə stadionda olan azarkeşlərin qəzəbinə səbəb olub. Onların biletlərinin pulu geri ödənilib.
Fatimə Lətif