Qərbi gözləyən təhlükəli MİQRASİYA AXINI: “ABŞ günahkardır, trilyon dollara başa gələcək”

Qərbi gözləyən təhlükəli MİQRASİYA AXINI: “ABŞ günahkardır, trilyon dollara başa gələcək”

“Ukrayna savaşda məğlub olarsa, 20 milyona qədər insan ölkəni tərk edəcək”.

 

Sfera.az bildirir ki, bunu “Forbes” jurnalının müəllifləri proqnozlaşdırıb. Nəşr münaqişənin mümkün nəticələrini qiymətləndirib. Qeyd olunub ki, Kiyev rejiminin potensial itkisi birbaşa ABŞ yardımının dayandırılması və daha ümumi mənada, Vaşinqtonun dünyada hegemonluğunu itirməsi ilə bağlı olacaq.

 

“Ukraynada münaqişə başlayandan bəri altı milyondan çox insan qaçıb, onlardan 270 mindən çoxu qanuni olaraq ABŞ-yə miqrasiya edib. Rusiya qalib gəlsə, daha 20 milyondan çox ukraynalı Qərbə gedəcək. Belə bir qaçqın dalğası isə ev sahibi ölkəyə bir trilyon dollara başa gələ bilər”, - “Forbes” qeyd edib.

 

Bundan əlavə, iddia olunur ki, Birləşmiş Ştatlar on il ərzində təqribən 4 trilyon dollar və ya daha çox əlavə xərclərlə nəticələnəcək silahlanma yarışına sürüklənəcək.

 

“Ola bilsin ki, Ukrayna hardasa uzaqda olduğuna görə ona yardımla bağlı səsverməni təxirə salan amerikalı konqresmenlər haqlıdırlar. Lakin onlar başa düşməlidirlər ki, Kiyevin məğlubiyyəti ABŞ üçün baha başa gələcək”, - məqalədə vurğulanıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...