“Ailəsində gördüklərini tətbiq edir” - Psixoloqdan həmin yeniyetmələrlə bağlı AÇIQLAMA

“Ailəsində gördüklərini tətbiq edir” - Psixoloqdan həmin yeniyetmələrlə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub.

 

Bəs həmin zorakılığı edən yeniyetmələrin bu cür davranışları hansı psixoloji amillərdən asılıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, məktəbdə təhsil alan hər bir yeniyetmə öz ailəsinin güzgüsüdür.

 

“Yeniyetmələrin göstərdikləri davranışlar onların böyüdüyü psixoloji atmosferdən çox asılıdır. Bu cür uşaqlarda tərbiyə əskikliyi var. Genetik amillərdən qaynaqlanan nevrotik pozuntular da burada böyük rol oynayır. Bu cür uşaqlar ailədə gördükləri tərbiyə modelini cəmiyyətdə əks etdirirlər”.

 

Psixoloq qeyd edib ki, düzgün tərbiyə edilən uşaqlar bu tərz davranışlar sərgiləmirlər.

 

“Vəziyyət getdikcə acınacaqlı hal alır. Valideynlər yalnız pul qazanaraq övladlarına yaxşı gələcək verə biləcəklərini düşünürlər. Lakin bu düzgün yanaşma deyil. Valideyni ilə vaxt keçirə bilməyən, onlara dərdlərini rahatlıqla deyə bilməyən övladlar istər-istəməz pis vərdişlərə yönəlirlər. Bu zaman həmin uşaqlar kriminal aləmə meyillənir və yalnız özlərinə deyil, ətrafındakı insanlara da ziyan vururlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...